Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərbaycan gələn dəfə aviasiyadan istifadə edəcək, bizim itkilərimiz artacaq…”

Ermənistanın Rusiya ilə hava hücumundan vahid müdafiə sisteminin yaradılmasına dair sazişi ratifikasiya etməsi Qarabağda yeni müharibənin başlanması riskini artırıb.

Virtualaz.org xəbər verir ki, belə bəyanatla Ermənistandakı “Modus Vivendi” mərkəzinin direktoru, qərbmeylli ekspert Ara Papyan çıxış edib.

“Bu saziş Ermənistanı zəiflədir. Azərbaycanın böyük aviasiyası var, ancaq apreldəki 4 günlük müharibə zamanı istifadə etmədi. Çünki bizim güclü havadan müdafiə sistemimiz var. Qarşıya vəzifə qoyulub ki, bizim bir daha HHM sistemimiz olmasın, artıq Qarabağın da özünün HHM sistemi yoxdur. Azərbaycan gələn dəfə müharibədə aviasiyadan istifadə edəcək və bu da bizim itkilərimizin sayını artıracaq”-Papyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlir

%d bloqqer bunu bəyənir: