Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan Ermənistana qarşı kimyəvi silah tətbiq edə bilərmi?

 

Fərəc Quliyev: “Belə bir addım atmarıq, ancaq bizdə elə silahlar var ki…”

Məlum olduğu kimi, Ermənistan Silahlı Qüvvələri Azərbaycana qarşı kimyəvi silahlardan- fosforlu bombalardan istifadə edir ki, bu da rəsmi İrəvanın beynəlxalq konvensiyaların tələblərinə əməl etmədiyini göstərir.

Maraqlıdır, düşmən gələcəkdə də kiməvi silahdan istifadə edərsə, bu Azərbaycanı Ermənistana qarşı kimyəvi silahlardan istifadə etmək məcburiyyəti qarşısında qoya bilərmi?

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən millət vəkili Fərəc Quliyev Azərbaycanın heç bir halda kimyəvi silahdan istifadəyə əl atmayacağını bildirib:

“Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq konvensiyalara əməl edən bir dövlətdir. Azərbaycan heç vaxt heç bir xalqın, etnosun kütləvi qırğınına səbəb olan addım atmayıb. Amma Ermənistan ötən əsrin əvvəllərində dəfələrlə azərbaycanlılara, türklərə qarşı soyqırımlar həyata keçirib. Xocalı soyqırımı törədib.

Azərbaycan heç vaxt kimyəvi-bakterioloji silahlardan istifadə etməyib və etməyəcək də. Ancaq bizim arsenalımızda elə silahlar var ki, bu silahlar bizə Ermənistandakı istənilən atəş nöqtəsini susdurmağa imkan verir. Əgər Ermənistan bu cür addımlarınıd avam etdirsə, Azərbaycan həmin atəş nöqtələrini dağımaq məcburiyyəti qarşısında qalacaq”.

Seymur Əliyev, 24saat.org

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Şəhid əsgərin təltif edildiyi medal Göygöldə ailəsinə təqdim olundu

%d bloqqer bunu bəyənir: