Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
dava2

Azərbaycan efirində qızların əlbəyaxa davası – VİDEO

ARB-nin efirində yayımlanan “Ferma” realiti şousunda böyük qalmaqal yaşanıb.

24saat.org Qafqazinfo-ya istinadla xəbər verir ki, proqramın ötən gün yayımlanan bölümündə iştirakçılar Firəngiz İsgəndərova (Fira) ilə Mələk Babayeva arasında dava olub.

M.Babayeva Firəngizi arada söz aparıb-gətirməkdə günahlandırıb.

“Tamaşaçılar deyir ki, Fira söz aparıb-gətirir. Qızlar otağında nə olursa, oğlanlara, oğlan otağında nə olursa, qızlara çatdırır. Mən inanmırdım, amma bu gün şahidi oldum”.

Mələyin bu sözləri digər iştirakçını özündən çıxarıb. Qalmaqallı iştirakçı Firəngizin yanından uzaqlaşıb.

Ancaq Firəngiz mübahisəni davam etdirmək istəyib. Hər iki xanım arasındakı mübahisə əlbəyaxa davaya çevrilib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıda əxlaqsızların kafesi açılır – Fotolar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: