Loading...
Loading...

Azərbaycan dağıdıcı sel təhlükəsi ilə üz-üzə

Azərbaycanda iyul ayının ikinci yarısında, avqust və sentyabr aylarında sel hadisələri ola bilər.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Selin dağıdıcı təsir qüvvəsinin daşqının dağıdıcı təsir qüvvəsindən dəfələrlə çox olduğunu xatırladan E.Əlizadə qeyd edib ki, hazırda ölkənin çaylarında baş verənlər daşqın və qismən sel prosesləridir: “Yağıntılar davam edərsə, sel hadisələri iyul ayının ikinci yarısında, avqust və sentyabr aylarında ola bilər. Sel dağıdıcı prosesdir. Daha böyük sellərin olması üçün uzunmüddətli quraqlığın olması vacibdir. Bu da bizim ərazi üçün avqustun ikinci yarısı və sentyabr ayı üçün xarakterikdir. Hələlik baş verənlər isə sel xarakterli daşqınlardır”.

E.Əlizadə qeyd edib ki, əvvəlki illərlə müqayisədə bu il daşqınların fəsadları daha çox olub.

İnstitut rəsmisinin sözlərinə görə, bu ilin yaz və yay aylarının əvvəlləri yağışların intensivliyi ilə seçilir: “Ona görə də dağ çaylarında daha çox daşqın hadisələri olur. Dəyən zərərlərin əskəriyyəti də daşqın hadisələrindən olub. Hələlik sırf xarakterik sel hadisəsi baş verməyib”.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycana güclü dolu yağdı

%d bloqqer bunu bəyənir: