Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Yarışın ikinci günündə mübarizəyə daha 2 idmançımız qoşulub.

Yığmamızın liderlərindən hesab olunan Rüstəm Orucov (73 kq) mübarizəyə 1/16 finaldan başlayıb. O, ilk cəhdində litvalı Kestutis Vitkauskasla üz-üzə gəlib və rəqibini ippona salıb. Orucov növbəti döyüşündə də eyni uğuru təkrarlayıb. Cüdoçumuz Yakub Jesminekə (Çexiya) cəmi 22 saniyəyə qalib gəlib. Rüstəm 1/4 finalda Rok Draksiçlə (Sloveniya) qüvvəsini sınayıb. “Böyük dəbilqə”nin qalibi bu rəqibinə də şans verməyərək, yarımfinalda iştirak hüququ qazanıb. Həmyerlimiz finala gedən yolda rusiyalı Denis Yartsevi də mübarizədən kənarlaşdırıb. Rəqibini ippona salmaq üçün təmsilçimizə 2 dəqiqə kifayət edib. O, həlledici qarşılaşmada gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb.Rəqibinə qalib gələn Orucov qızıl medal qazanaraq, qitənin ən güclüsü olub.

Əbdülhaqq Rəsullunun (81 kq) da ilk döyüşü 1/16 finala təsadüf edib. Alen Şmittlə (Fransa) qarşılaşan həmyerlimiz tatamini qalib tərk edib. O, 1/8 finalda Yoahim Bottye (Belçika) ilə gücünü yoxlayıb və 67 saniyəyə ipponla uduzub.

Apasport.az

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Real” Ronaldo ilə danışıqlara başladı

%d bloqqer bunu bəyənir: