Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan çempionu Emin Hüseynovu öldürən erməniyə hökm oxunur

Bu gün iyulun 13-də Rusiyanın Yekaterinburq şəhərinin Çkalovsk rayon məhkəməsi tanınmış futbolçu, futbol üzrə Azərbaycan çempionu Emil Hüseynovu qətlə yetirən erməni idmançıya hökm oxuyacaq.

Virtualaz.org xəbər verir ki, prokuror Emil Hüseynovun qatili, qaydasız döyüş üzrə idman ustası və Sverdlovsk vilayəti yığmasının üzvü Tiqran Çiçəkyanın 13 il azadlıqdan məhrum edilməsini istəyib. Yekaterinburq prokurorluğunun mətbuat xidmətinin bildirdiyinə görə Çiçəkyan cəzasını ciddi rejimli həbsxanada çəkməlidir. Zərərçəkən tərəf kompensasiya və ya mənəvi zərərin ödənilməsini tələb etməyib.

Həmin səs-küylü qətl hadisəsi ötən il aprelin 19-da Yekatrinbuqrdakı “U Saşi” kafesində baş verib. İstintaqın versiyasına görə 18 yaşlı Çiçəkyan və 27 yaşlı Hüseynov hərəsi öz dostları ilə istirahət edirmiş, içki içirmiş. Bu zaman onların arasında münaqişə baş verib və erməni idmançı bıçaqla Hüseynovun sinəsindən zərbə endirib.

Emin Hüseynov Azərbaycanda tanınmış idmançıdır, Gəncədə anadan olub.  “Neftçi”də, “Karvan”da və “Abşeron”da çıxış edib. 2011-ci ildə karyerasını başa vurub və əmisi oğlunun yanına, Yekatrinburqa gedib.

Azərbaycanlı diasporundan isə bildiriblər ki, Emin Hüseynovun qətli milli zəmində baş verib. Belə ki, Emin və dostlarının ad günü mərasimini qeyd etdikləri kafeyə gecə saatlarında erməni idmançı Tiqran Çiçəkyan, qardaşı Andranik və daha bir neçə ermni gəlib. Onlar qonşu masada oturan azərbaycanlılara sataşıblar, milli zəmində təhqir ediblər. Bu zaman mübahisə yaranıb və erməni idmançı bıçağa əl atıb.

Yekaterinburqdakı Azərbaycan konsulu Şahin Şıxlinski bildirmişdi ki, ermənilər kafedə Azərbaycan musiqisinin səslənməsinə görə dava salıblar.  Onlar Emin Hüseynovu çölə çağıraraq bıçaqla vurublar. Bu zaman köməyə yetişən azərbaycanlılardan biri Tiqranın qardaşının başına dəmir boru ilə zərbə endirib. Lakin ermənilər qaçıb aradan çıxa biliblər. Qətldə təkcə Tiqran Çiçəkyanın yox, qardaşının və daha bir neçə erməninin də iştirak etdiyi bildirilirdi.  

Hadisədən sonra Yekatrinburqdakı azərbaycanlılar toplaşaraq ermənilərdən qisas almağa çağırıb, vilayət rəhbərliyi milli qarşıdurmanı önləmək üçün hər iki tərəfdən diaspor liderləri ilə danışıqlar aparıb.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

“Sonuncu Amnisitiya qərarı hələ ki 2000 nəfərə şamil edilib”

%d bloqqer bunu bəyənir: