Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan çempionatında 1-ci tur başa çatdı

Bu gün futbol üzrə Azərbaycan çempionatında 2016/2017 mövsümünün ilk turuna yekun vurulub.

Turun son görüşündə “Qəbələ” və Gəncənin “Kəpəz” klubları üz-üzə gəlib.

“Dalğa Arena”da baş tutan matçda ilk qol nominal meydan sahiblərinin aktivinə yazılıb. Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın heyətində oyuna əvəzetmədən daxil olan Tellur Mütəllimov adını tabloya yazdırıb. Matçın 58-ci dəqiqəsində vurulan bu qol sonuncu olmayıb. 21 dəqiqə sonra Baqali Dabo ilk qolun müəllifinin ötürdüyü topu başla qapıya göndərib – 2:0. Oyun bu hesabla da başa çatıb.

Qeyd edək ki, turun digər oyununda “Neftçi” AZAL-ı 2:0, “Sumqayıt” “Zirə”ni 1:0, “İnter” isə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ramil Şeydayev məşqdə ”ləzginka” oynadı

%d bloqqer bunu bəyənir: