Loading...
Loading...

Azərbaycan boksçusu olimpiadaya lisenziya qazandı

Bakıda təşkil olunan boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində bu gün yarımfinal döyüşləri keçirilib.

Apasport.az saytının məlumatına görə, həmyerlimiz Rüfət Hüseynov qələbə qazanaraq Rio lisenziyasına sahib çıxıb. Artıq bu hüquqa yiyələnən Teymur Məmmədov üçün formal xarakter daşıyan qarşılaşma keçirilmədən Olimpiya mükafatçımız qalib elan olunub.

Rüfət Hüseynov üçün yarımfinal döyüşü xüsusi əhəmiyyət kəsb edirdi. Çünki bu çəki dərəcəsində yalnız finalçılar Rioda iştirak hüququna yiyələnəcəklər. Meksikalı Yoselito Velasqueslə qarşılaşan həmyerlimiz 2:1 hesablı qələbə qazanaraq finala çıxıb. Bununla da o, Rio Olimpiadasında Azərbaycanı təmsil etməyə haqq qazanıb.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İtaliya – İspaniya oyunu türk hakimə həvalə edildi

%d bloqqer bunu bəyənir: