Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan banklarının səhmləri sürətlə ucuzlaşıb

Məhəmməd Talıblı: «Bankların verdiyi kreditlərin geriyə dönüşündə problemlər yaşandığından səhmdarlar xeyli tərəddüd içindədir»

Azərbaycanın bəzi banklarının ardıcıl olaraq bir neçə il səhmdarlarına dividend ödəməməsi onların səhmlərini kəskin ucuzlaşdırıb. Bu barədə bank səhmlərinin alğı-satqısını həyata keçirən “Kapital Menecment” investisiya şirkətinin Müşahidə Şurasının üzvü Cəfər Ibrahimli bildirib.

17-18 dəfə ucuzlaşan səhm

Onun sözlərinə görə, məsələn, hazırda bazarda “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) 1 səhmi cəmi 10 qəpiyə təklif olunur. Bu isə, onun nominal dəyərindən (27 qəpik) təxminən 63% azdır. Halbuki, bir neçə il bundan əvvəl ABB-də pay sahibi olmaq üçün hər səhmə 1,75 manat pul ödənilib: “Beynəlxalq Bank səhmdarlarına dividendi sonuncu dəfə 2012-ci ilin yekununa əsasən, 2014-cü ildə ödəyib. Həmin vaxt səhm sahibləri onun nominal dəyərinin 4%-i qədər gəlir əldə etmişdilər. O vaxtdan bəri dividend ödənilməsi dayanıb. Keçən il bu vaxtlar səhmləri 15 qəpiyə alınıb-satılırdı. Bu il artıq 10 qəpiyə düşüb”.

ABB-nin səhmləri bahalaşa bilər

Bununla belə, Cəfər Ibrahimli ümid edir ki, ABB-nin sağlamlaşdırılması hesabına onun səhmlərinin qiyməti yenidən arta bilər: “Dövlət bu bankın üzərində 3 milyard manat məbləğində problemli aktivi götürüb. Artıq bank mənfəətlə işləməlidir. Biz hazırda ABB-nin yeni maliyyə hesabatını gözləyirik. Əgər mənfəət açıqlasalar, yəqin ki, səhmlər indiki qiymətdə qalmaz”.

“Dəmirbank” da dəyərsizləşir

ABB ilə yanaşı “Dəmirbank”ın da səhmləri ucuzlaşmaqdadır. Amma hələ ki, bu bankda səhmlərin bazar dəyəri (30 qəpik) onun nominal dəyərindən (20 qəpik) çoxdur. Cəfər Ibrahimli deyir ki, “Dəmirbank”ın səhmdarları bankın nizamnamə kapitalındakı paylarından xeyri sonuncu dəfə 2013-cü ilin yekununda görüb: “Həmin vaxt bank səhmdarlarına 4-5% dividend ödəyib və bunun fonunda ”Dəmirbank”ın 1 səhminin qiyməti 1 manat civarında olub. Sonradan dividend ödəmədiyinə görə bu bankın da səhmləri ucuzlaşmağa başladı və hazında 30 qəpikdir. Əgər belə davam edərsə, səhmlər bir qədər də ucuzlaşacaq” (fins.az).

Bu tendensiyanın səbəbi nədir? Bu halın geniş vüsət alması hansı nəticələr doğura bilər?

Iqtisadçı Məhəmməd Talıblının sözlərinə görə, söhbət təkcə “Dəmirbank”dan getmir, bəzi bankların səhmlərində azalmalar qeydə alınıb. Təbii ki, burada banklarda kapitallaşma səviyyəsi aşağı düşüb: “Kreditlərin satışında əvvəlki aktivlik yoxdur. Eyni zamanda bankların verdiyi kreditlərin geriyə dönüşündə problemlər yaşanır. Bütün bunlar bank aktivlərinin və həmin səhmdarlarını xeyli tərəddüdlü edir”.

M.Talıblının sözlərinə görə, onlar isə əvvəlki kimi rentabelli işləməyəcini bildikləri üçün daha çox mühfizəkar kredit siyasəti həyata keçirirlər. “Bütün bunlara görə səhmdarlar bazarda daha aktiv şəkildə iştirak etməkdə maraqlı olmur. Bu isə səhmlərin qiymətinin düşməsi üçün əsas amil sayılır”, deyə M.Talıblı vurğuladı.(azadliq.info)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Azərbaycan nefti azacıq ucuzlaşıb

%d bloqqer bunu bəyənir: