Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan Afrika ölkələrindən də geridədir

The Economist Intelligence Unit hər il dünyanın 165 müstəqil ölkəsi və 2 territoriyası üzrə demokratiyanın vəziyyəti barədə hesabat açıqlayır. Dünyaca məhşur nəşr bu yaxınlarda 2015-ci il üzrə də hesabatını açıqlayıb. Hesabat “Demokratiya üçün narahatlıq ili” adı altında yayımlanıb.

Ölkələrin Demokratiya İndeksi 5 kateqoriya üzrə hazırlanır: seçki prosesi və pluralizm; vətəndaş azadlıqları; hökumətin fəaliyyəti; siyasi iştirakçılıq; və siyasi mədəniyyət.

Bu kateqoriyalar üzrə hazırlanan hesabatda ölkə rejimləri klassifikasiya olunaraq, 4 tipə ayrılıb: “tam demokratiya”; “qüsurlu demokratiya”; “hibrid rejimlər”; və avtoritar rejimlər.

Hesabatda demokratik ölkələrdəki vəziyyət də təsvir edilir: bir çox demokratik ölkələrdə siyasi elitalar elektrotla əlaqə qurmaqda çətinlik çəkir; və bu elitalar populist partiyaların tutduğu mövqelərə görə çox narahat olurlar. Bəzi hallarda, müəyyən partiyalar populistləri marjinallaşdırmaq üçün birgə hərəkət edirlər. Terrorist təhdidlərlə üzləşən demokratik hökumətlər bəzən anti-demokratik yollardan istifadə edir: ifadə azadlığını sorğulayır və ya əzazil qanunlar qəbul edirlər.

Qeyri-demokratik ölkələrdə isə avtoritar siyasi elitalar kütlələrdən gələ biləcək təhlükəyə görə narahatçılıq keçirir, öz hakimiyyətlərini gücləndirmək üçün yollar axtarır. Onlar siyasi rəqiblərini həbs edir, medianı çərçivələndirir, bir çox azadlıqlara məhdudiyyətlər gətirir və etirazları zorakılıqla yatırırlar.

Təxminən dünya ölkələrinin yarısı demokratik hesab olunur, ancaq hesabatın Demokratiya İndeksində “tam demokratiya” kimi klassifikasiya edilən ölkələrin sayı aşağıdır – onların sayı cəmi 20-dir. 59 ölkə isə “qüsurlu demokratiya” kimi qiymətləndirilib. Yerdə qalan 88 ölkədən 37-i “hibrid rejim”, 51-i “avtoritar” kimi dəyərləndirilib.

Gözlənildiyi kimi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələr “tam demokratiya”lar arasında dominantlıq edir. Onların arasında 1 Latın Amerika (Uruqvay) və 1 Afrika (Mavriki) ölkəsi də var.

Demokratiya İndeksi siyahısının ilk üçlüyündə ardıcıl olaraq, Norveç, İslandiya və İsveç qərarlaşıb. Almaniya 13-cü, Böyük Britaniya 16-cı, ABŞ isə 20-cidir.

Siyahıda Azərbaycan “avtoritar” ölkələr arasında yer tutur. 165 ölkə və 2 territoriyanın yer aldığı siyahıda ölkəmiz 149-cu yerdədir. Afrikanın 40-dan çox ölkəsi siyahıda Azərbaycandan qabaqdadır. Qonşularımız Gürcüstan, Türkiyə və Ermənistan da Azərbaycandan öndədir, bu ölkələr “hibrid rejimlər” qrupuna daxil edilib.

azadlıq.info

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

‘Paşa Development’ – 300 milyona nə qaldı…

%d bloqqer bunu bəyənir: