Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azər Qasımlı ölkədən buraxılmadı

«REAL» Hərəkatı İdarə Heyətinin üzvü Azər Qasımlının ölkədən çıxışına icazə verilməyib. Sentyabrın 28-də o, xaricə gedərkən Böyük Kəsik keçid məntəqəsində saxlanılıb. Bu haqda AzadlıqRadiosuna A.Qasımlı özü məlumat verib.

«Gürcüstana gedirdim. Böyük Kəsik keçid məntəqəsində mənə bildirdilər ki, ölkədən çıxışma qadağa qoyulub. Amma ölkədən çıxışa qadağa qoyulması barədə mənə əvvəlcədən hər hansı xəbərdarlıq edilməyib».

Azər Qasımlı səhər saat 9-dan sonra ölkədən çıxışına qadağa qoyulmasının səbəbini öyrənməkdən ötrü yenidən müstəntiqlə əlaqə saxlayıb: «Müstəntiq mənə hələ araşdırma getdiyini bildirdi. Üstəlik qeyd etdi ki, bu gün Gürcüstana gedə bilməyəcəksən, odur ki, geri qayıdıb onunla görüşüm. İndi geri, Bakıya qayıdıram».

A.Qasımlı ehtimal edir ki, bu qadağanı Baş Prokurorluq qoya bilər: «Hərəkatın həbsdə olan sədri İlqar Məmmədovla bağlı hazırlanan və müsadirə edilən flayerlərlə bağlı İdarə Heyətinin bütün üzvlərini o vaxt dindirirdilər. Mən düşünürəm ki, bu bununla bağlı ola bilər. Müstəntiqlə də danışdım, mənə dedi ki, işə gəlib, araşdıraraq cavab verəcək».”

azadliq.info

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Bakıda gəzən qorxulu virus

%d bloqqer bunu bəyənir: