“Azərsu” Vergilər Nazirliyinə borclu olduğunu təsdiqlədi, amma…

 

Anar Cəbrayıllı: “Bank hesabımıza həbs qoyulmayıb”

“Azərsu” ASC-nin bank hesabına Vergilər Nazirliyi tərəfindən həbs qoyulduğu, habelə əməkdaşlara may ayından etibarən əmək haqqının ödənilməməsi ilə bağlı məlumat vermişdik. (24saat.news/vergi-yoxlamasi-qorxmaz-huseynovun-sonunu-g%C9%99tirir-az%C9%99rsunun-bank-hesablarina-h%C9%99bs-qoyuldu/ ).

Məqalədə yer alan informasiyalarla bağlı sözügedən qurumun münasibətini öyrənmək üçün “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. A.Cəbrayıllı “Azərsu” ASC-nin Vergilər Nazirliyinə borclu olduğunu vurğulasa da, bank hesabına həbs qoyulmadığını qeyd etdi:

“Azərsu”ASC-nin Vergilər Nazirliyinə borcu var. Bu borcun hansı məbləğdə olduğunu dəqiq bilmirəm. Lakin bank hesabımıza həbs qoyulmayıb. İşçilərin əmək haqqısına gəlincə, may ayında aprel ayının əmək haqqısı verilib. May ayının əmək haqqısı isə bu ay veriləcək”.

24saat.org

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

Sonrakı Yazı »

Hacı İbrahim Ramazan ayında pivə istehsal edən zavod açdı

%d bloqqer bunu bəyənir: