Now Reading:
Azərbaycanlı müğənninin canlı yayımda biabırçı hərəkəti – VİDEO
Full Article 1 minutes read

Azərbaycanlı müğənninin canlı yayımda biabırçı hərəkəti – VİDEO



Xəzər TV-nin efirində baxımlı verilişlərdən biri olan “5-də 5″in buraxılışında utandırıcı an yaşanıb.

AzNews.info-nun məlumatına görə, tanınmış aparıcı Zaur Kamalın təqdimatında efirə gedən verilişin budəfəki qonaqları xalq artisti Teymur Mustafayev, tanınmış müğənni Mətanət Əsədova və muğam ifaçısı Rövşən Əziz olublar.

Canlı muğam ifaları, səmimi açıqlamalar proqramı daha da maraqlı edib. Öncə Mətanəti çəkiliş meydançasına dəvət edən Zaur ona çox gözəl göründüyünü deyib:

“Mətanət, bu gün çox gözəl görünürsən. Libasın da yaraşıb sənə. Sənə Azərbaycanın Cenifer Lopezi deyirlər də…”

Mətanət isə cavabında: “Yox, mən elə Mətanətəm. Zaur, bu gün xüsusilə sənin üçün geyinib gəldim”, -deyə gülümsəyib.

Verilişin ən yaddaqalan məqamlarından biri də Mətanətlə Teymur əminin muğam deyişməsi olub. Teymur əmi muğam ilə Mətanəti vəsf edərək bu sözləri dilə gətirib:

“Sənə qurban olum, ceyran Mətanət. Ovçuyam, yaxınına gələ bilmirəm. Çünki tüfəngim paslanıb, ata bilmirəm. Ovçuyam, könlüm pərvaz, Mətanət, eyləmə naz. Gəl gir, əminin qoluna. Atım saz, tüfəngim saz. Qəti qorxusu yoxdur”. Ayaq üstə qalxan Mətanət Zaura dediyi bu sözlərlə günə möhürünü vurub: “Arxama baxan az idi, sən də bax”

 Azərbaycanlı müğənninin canlı yayımda biabırçı hərəkəti

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: