Azərbaycanlı məhkəmə icraçısına hökm oxundu – PETERBURQDA

Sankt-Peterburqun Kirov məhkəməsi 15 min rüşvət almaqda təqsirli bilinən keçmiş məhkəmə icraçısı Qismət Zeynalov barəsində hökmü elan edib.

O, ümumi rejimli həbsxanada 2 il cəza çəkməklə yanaşı, 600 min rubl cərimə də ödəməlidir.

Bundan əlavə, Qismət Zeynalov 3 il müddətində məsul vəzifə tuta bilməyəcək.

İstintaq materiallarında qeyd edilir ki, Zeynalov 2016-cı ilin yanvar ayında arvadının icra etməli olduğu iş üzrə Peterburq sakinindən 15 min rubl alıb. O, həmin pulun müqabilində ittiham olunan barəsində icra prosesinin başa çatması haqda qərar çıxartdıracağına söz veribmiş. Zeynalov həmin pul bank hesabındakı karta oturandan sonra tutulub.(modern.az)

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Avropanın durumu narahatedicidir – Çipras

%d bloqqer bunu bəyənir: