24 saat

Azərbaycanlı kosmosda yeni dövlət yaradır – FOTO


Kosmos üzrə YUNESKO-nun beynəlxalq komissiyasının prezidenti İqor Aşurbəyli Parisdə Qərb jurnalistlərinə “Asgardia” adlı yeni layihəni təqdim edib.

Azvision.az xəbər verir ki, İqor Aşurbəylinin rəhbərliyi altında beynəlxalq komanda genişmiqyaslı layihəyə, kosmosda “Asgardia” adlı müstəqil dövlətin yaradılmasına başlayır.

Bu ölkənin ilk “kərpici” isə gələn il kosmosa buraxılması planlaşdırılan peykdir.

Layihənin olduqca demokratik olacağı bildirilir. Gələcək ölkənin ilk sakinləri layihənin saytında qeydiyyatdan keçən 100.000 adam olacaq.

Aşurbəylinin sözlərinə görə, “Asgardia” kosmosda dövlətçiliyin yeni forması ola bilər. Bura yeni millətin yaranacağı ölkəyə çevrilə bilər.

Layihədə iştirak edən alimlər ümid edirlər ki, “Asgardia” bütün bəşəriyyət üçün xeyirli bir layihə olacaq.

Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. “Almaz-Antey konstruktor bürosunun sabiq rəhbəri, texnika elmləri doktorudur.

2011-ci ilədək İqor Aşurbəyli on il “Almaz-Antey” baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu “Almaz” korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: