Now Reading:
Azərbaycanlı gənc bir dəqiqəyə 20 min söz oxuyur – VİDEO
Full Article 40 second read

Azərbaycanlı gənc bir dəqiqəyə 20 min söz oxuyur – VİDEO

Adını Ginnesin Rekordlar kitabına yazdırmağı qarşısına məqsəd qoyan Vaqiflə siz də tanış olun. Bir dəqiqəyə 20 min söz oxuyur. Bir kitabı isə 3-4 dəqiqəyə bitirir.
“Xəzər xəbər”in əməkdaşalrı 13 yaşlı Vaqifin özü ilə gətirdiyi kitabları əvvəlcədən oxuduğunu zənn edib, ona 353 səhifəlik “Qulliverin səyahəti” kitabını veriblər.
Vaqif kitabda yazılanları nəql etsə də, müxbir onun bütün cümlələri oxuyub-oxumadığını dəqiqləşdirmək qərarına gəlib.
Mütaliəçi iddia edir ki, bir dəqiqə ərzində 20 min söz oxuyur. Nəzərə alsaq ki, bir səhifədə orta hesabla 300-ə yaxın söz var, deməli, Vaqif 66 səhifəni bir dəqiqə ərzində oxumalıdır.
O isə bu vaxt ərzində 100 səhifə oxudu.
Vaqifin ailəsi artıq Ginnesin Rekordlar kitabına müraciət edib.


 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: