Advertisements
24 saat

Azərbaycanlı deputatın qızı Qurbanlıq bayramını vəhşilik adlandırdı


Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə qəzəblənib. O, sosial şəbəkədə qurbanlıq qoyunları kəsdikdən sonra qanlı bıçaqla şəkil çəkdirənləri tənqid edib:

“Telefondan qoyunlu təbrikləri silmək insana əsəb, sonra isə xüsusi rahatliq gətirir… mollalıq eləmək istəyənlər tapılar yəqin, bu fikrə. Nə xeyrimə, nə də əleyhimə şərh yazmayın. Bunu bilirəm ki, qoyunları bəzəyib, aparıb qurban kəsib, qanlı bıçaqlı şəkilləri sevinərək paylaşmaq insan xislətindəki vəhşilik əlamətidir. Bunu bu qədər biruzə vermək sizə nə verir ki… Hərənin öz ömür payı, məkanı, zamanı var. Qoyun qurbanı həyat sığortası deyil. Bir qurbanlıq bir ömürlük günahları da bağışlada bilməz. Allah ürəklərinizə rəhm versin. Bütün varlıqların gözündəki həyat eşqini, ölüm qorxusunu görmək üçün neçə-neçə heç kəsi incitməyən gözəl bayramlara”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: