Azərbaycanlı aktyor dünyasını dəyişdi


Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ziyadxan Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib.

Bu barədə Axşam.az-a Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib.

Qeyd olunub ki,  aktyor doğulduğu Şamaxı rayonunda dəfn olunacaq.

Teatrda işlədiyi müddət ərzində Əbülhəsən (“Subaylarınızdan görəsiniz”, S. Ələsgərov), Kar Möhsüm (“Beş manatlıq gəlin”, S. Rüstəmov), Həkim (“Hicran”, S. Rəhman, E. Sabitoğlu), Aşbaz (“Məlikməmmədin nağılı”), Qəzetçi Səfdər (“Özümüz bilərik”, S. Ələsgərov), Fərrux kişi (“Nəğməli Könül”, E. Sabitoğlu, X. Hasilova) və başqa obrazları canlandırıb.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Azərbaycanda tanınmış idmançı həbs edilib

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: