Now Reading:
Azərbaycanın tanınmış aktrisasında xərçəng xəstəliyi tapıldı
Full Article 40 second read

Azərbaycanın tanınmış aktrisasında xərçəng xəstəliyi tapıldı



Azərbayanın tanımış aktrisasında xərçəng xəstəliyi aşkarlanıb.

Criminal.az saytına daxil olan məlumata görə, tamaşaçıların ”Vicdan haqqı” serialından yaxşı tanıdığı aktrisa Kəmalə Müzəffər artıq əməliyyat olunub.

Xeyli müddət əvvəl aktrisanın sifətinin sol tərəfində qeyri-müəyyən batıq meydana gəlibmiş. Bundan narahat olan K.Müzəffər Bakıya gəlmiş türkiyəli həkimlərə müraciət edib. Həkimlər tərəfindən həmin yer çapıq adı ilə iki dəfə əməliyyat olunub. Lakin sifətindəki problem yenidən yaranıb.

Bir neçə gün əvvəl aktrisa yenidən həkimə müraciət edib. O, “Medical Plaza” klinikasında plastik cərrah Araz Salmonov tərəfindən əməliyyat olunub. Onun sifətindəki batıq heç də çapıq deyilmiş. Aktrisanın sifətində bazalyoma aşkarlanıb.

Əməliyyat yolu ilə həmin törəmə götürülüb və aktrisanı xeyli müddətdir narahat edən problemdən qurtulub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: