Advertisements
24 saat

Azərbaycandan Rusiyaya böyük pullar gedir


Rusiyaya ən çox qaçaqmalçılıq yolu ilə pul keçirənlər Azərbaycandan gələnlərdir. Bunu Şeremetyevo gömrük məntəqəsinin təhqiqat şöbəsinin rəisi Sergey Dolqov deyib.

Onun sözlərinə görə, Rusiyaya ən böyük miqdarda pul Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərindən gətirilir.

Bu iki ölkədən sonra pul qaçaqmalçılığına Belçika, İspaniya, İtaliya, Çexiya, Böyük Britaniyadan gələnlərdə də rast gəlinir.

Təhqiqat şöbəsinin rəisi bildirib ki, əgər sərnişinin üzərində 10 min dollar məbləğində pul varsa, bu haqda mütləq gömrük xidmətinə məlumat verilməlidir. (ANS PRESS)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: