Azərbaycandan çıxışınıza “STOP” qoyulubmu? – Buradan öyrən


Azərbaycan vətəndaşları ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə biləcəklər.

Fins.az xəbər verir ki, bu, Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkün olub.

Yeni xidmət “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır.

Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə biləcəklər.

Elektron xidmət pulsuzdur.

Xidmətdən istifadə etmək üçün85.132.96.196/WebForms/VVA_13.aspx linkinə daxil olmaq lazımdır.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Astroloji proqnoz – 22 iyun

%d bloqqer bunu bəyənir: