24 saat

Azərbaycandakı uzunömürlülərin sayı açıqlandı


2016-cı il üçün əhalinin yaş qrupları üzrə statistikası açıqlanıb.

Dövlət Statistika Komitənin Məlumatların yayılması şöbəsindən verilən məlumata görə, hazırda ölkə əhalisinin sayı 9 705,6 min nəfərdir.

Əmək qabiliyyətli yaşda olanların əhalinin sayı isə 6 677,8 min nəfərdir.

Onlardan 0-4 yaşlarında olanlar 851,9 min nəfər, 5-9 yaşlarında olanlar 709,3 min nəfər, 10-14 yaşlarında olanlar 625,7 min nəfər, 15-19 yaşlarında olanlar 693 min nəfər, 20-24 yaşlarında olanlar 873,3 min nəfərdir.

Həmçinin bildirilib ki, 25-29 yaş qrupuna daxil olanların sayı 943,6 min nəfər, 30-34 yaş qrupuna daxil olanların sayı 840 min nəfər, 35-39 yaş qrupuna daxil olanların sayı 840 min nəfər, 40-44 yaş qrupuna daxil olanların sayı 613, 8 min nəfər, 45-49 yaş qrupuna daxil olanların sayı 655,7 min nəfər, 50-54 yaş qrupuna daxil olanların sayı 660,7 min nəfər, 55-59 yaş qrupuna daxil olanların sayı 580,7 min nəfər, 60-64 yaş qrupuna daxil olanların sayı 351,1 nəfər, 65-69 yaş qrupuna daxil olanların sayı 22,3 min nəfər, 70-74 yaş qrupuna daxil olanların sayı 104 min nəfər, 75-79 yaş qrupuna daxil olanların sayı 151 min nəfərdir.

Azərbaycanda uzunömürlü sayılan 80 və yuxarı yaşda olanlar 120,2 min nəfərdir. (modern.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: