24 saat

Azərbaycanda vəzifəli şəxs öz maşınında öldürüldü


Şərur rayonunda dəhşətli qətl hadisəsi törədilib.

Rayondakı mənbələrdən AzPolitika.info-ya daxil olan məlumata görə, bu gün təxminən 12 radələrində Şərur Mədəniyyət İdarəsinin baş mühasibi Eldar Məhərrəmov öz maşınında qətlə yetirilib.

Hadisə Şərur şəhərindən Məmmədsabir kəndinə gedən yolun üstündə baş verib. Qatil E.Məhərrəmova 20 bıçaq zərbəsi vurub.

İlkin məlumata görə, təxminən 50 yaşlarında olan E.Məhərrəmov, qısqanclıq zəminində rayonun Çalxanqala kəndinin sakini tərəfindən öldürülüb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: