24 saat

Azərbaycanda vətəndaş kanalizasiya quyusuna düşdü

Quyuya düşən şəxs ətraflarından xəsarət alıb
Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində 17 yaşlı qız avtomobil yolunun ortasında kanalizasiya quyusuna düşüb.

Admiral.az-ın məlumatına görə, hadisə Lökbatan yolunda qeydə alınıb. Yoldan keçmək istəyən 17 yaşlı A.K. üstü açıq olan kanalizasiya quyusuna yıxılıb. Hadisəni görən sürücülər qıza yardım göstəriblər.
Quyuya düşən A.K.-nın ayağı və yan ətraflarından xəsarət alıb.
Hadisəyə yolun su ilə dolu olması və qızın açıq quyunu görə bilməməsi səbəb olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: