Azərbaycanda Türkiyə məhsulları ucuzlaşa bilər – VİDEO


Azərbaycanda Türkiyə məhsulları ucuzlaşa bilər. Buna səbəb türk lirəsının dollar qarşısında dəyər itirməsidir. Əgər 1 həftə əvvəl 1 dollar 2 lirə 85 qəpik idisə, indi bu nisbət dəyişib və 1 dollara 3 lirə 10 qəpik vermək lazımdır. İqtisadçılar bunun Azərbaycana olan ixraca təsir edəcəyini düşünürlər.

Lirənın ucuzlaşması sadəcə gətirilən məhsulların qiymətinə deyil, eyni zamanda turizmə də təsir edəcək. Lirə ucuzlaşandan sonra Türkiyə turistlər üçün daha cəlbedici olacaq.

Türkiyədən Azərbaycana gündəlik ixrac olunan geyim və ərzaq məhsullarında qiymət ucuzlaşmasının ən qısa müddətdə hiss olunacağı gözlənilir.

Paylaş:

ABŞ sözçüsü Türkiyə ilə yaşanan viza krizindən danışdı – UĞUR ƏLDƏ ETMİŞİK

Sonrakı Yazı »

Çevriliş cəhdinin azərbaycanlı işadamlarına təsiri

%d bloqqer bunu bəyənir: