Now Reading:
Azərbaycanda torpaq sahələri hərraca çıxarılır
Full Article 50 second read

Azərbaycanda torpaq sahələri hərraca çıxarılır



Azərbaycanda iri kənd təsərrüfatlarının yaradılması məqsədilə sahibkarlar üçün müsabiqə təşkil ediləcək.

Cümhuriyyət.az İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, sözügedən müsabiqədə kənd təsərrüfatı sahəsində ixtisaslaşmış sahibkarlar iştirak edə bilərlər.

“Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması hesabına ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi tədbirləti çərçivəsində Nazirlər Kabinetinin sərəncamına əsasən, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması Layihəsi” üzrə aidiyyəti dövlət və rayon icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İqtisadiyyat Nazirliyində yaradılan komissiya tərəfindən yeni ərazilərin əkin dövriyyəsinə cəlb olunması, burada iri təsərrüfatların qurulması istiqamətində cari ildə Xızı və Siyəzən rayonlarında meliorativ tədbirlər başa çatdırılan torpaq sahələri təyinatı dəyişdirilərək müsabiqə və hərrac yolu ilə kənd təsərrüfatı məhsulları (bitkiçilik) istehsalı üzrə ixtisaslaşan sahibkarlara uzunmüddətli icarəyə veriləcək”, – deyə Nazirliyin xəbərində qeyd olunub.

Bu məqsədlə bu il Xızı rayonunda 4 319,8 ha, o cümlədən 769,2 ha dövlət və 3 550,5 ha bələdiyyə, Siyəzən rayonu üzrə isə 1 333,9 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin müsabiqəyə çıxarılması nəzərdə tutulur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: