Advertisements
24 saat

“Azərbaycanda prezidentlik institutu ləğv edilməlidir”


Sülhəddin Əkbər: ” Ölkə parlamentar sistemə keçməlidir”

“Azərbaycanda prezidentlik institutu ləğv edilməlidir. Ölkə parlamentar sistemə keçməlidir”.
Bunu 24saat.org-a açıqlamasında Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bildirib. S.Əkbərin sözlərinə görə, demokratik ölkələrin böyük əksəriyyətində parlamentar üsul-idarə hökm sürür ki, bu da hakimiyyətin bir əldə cəmləşməsinə imkan vermir:
“Əksər demokratik sistemlərin hamısında parlamentar demokratik sistem mövcuddur. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Xalq Cümhuriyyətində də parlamentar üsul-idarə mövcud olub. Demokratik baxımdan inkişaf etməyən ölkələrdə prezidentlik üsul-idarəsi heç yaramır. Çünki prezidentlik üsul-idarəsi hakimiyyətin bir əldə toplanmasına gətirib çıxardır. Bu sistem ləğv edilməlidir. Əgər başqanlıq sistemi mövcuddursa, o zaman hökumətin başında başkan dayanmalıdır. Azərbaycanda isə hələ ki, qarışıq sistem mövcuddur”.

Seymur Əliyev

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: