Azərbaycanda oturacaqsız dayanacaqlar – VİDEO

Dayanacaqlar var, amma oturacaqlar yoxdur… Bəzi dayanacaqlarda adi stullar qoyulub, bəzilərində isə mişar daşı və taxtadan oturacaqlar düzəldiblər.

Bu vəziyyət İsmayıllı rayonundadır. Şəhərin  müxtəlif küçə və prospektlərində dayanacaqlar var, amma oturacaqları yoxdur. Oturacaqsız dayanacaqlar Avtovağzal yaxınlığında diqqət çəkir. Digər rayon və şəhərlərə gedən sərnişinlərin sözlərinə görə, avtobus gözləmək üçün ayaq üstə qalmağa məcburdular.
Rayon sakinlərinin sözlərinə görə, daha çox oturacaqların yoxluğundan  əziyət çəkənlər, xəstələr  və yaşlı nəsilin nümayəndələri olur. Mərkəzi küçələrdə olan dayanacaqlarda da oturacaqlar yoxdur.
İsmayıllı şəhər  bələdiyyəsindən bildirilib ki, rayondaxili  ictimai nəqliyyat üçün  30-a  yaxın dayanacaq var. Sözügedən dayancaqların quraşdırılması zamanı onlar üçün oturacaq nəzərdə tutulmayıb.(“Xəzər Xəbər”)

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Bürclər – 7 SENTYABR

%d bloqqer bunu bəyənir: