Now Reading:
Azərbaycanda maaşlar verilmədi – SƏBƏB İSƏ…
Full Article 40 second read

Azərbaycanda maaşlar verilmədi – SƏBƏB İSƏ…



Bakıdakı bəzi orta ümumtəhsil məktəblərində çalışan müəllimlər hələ də oktyabr ayının maaşını almayıblar. Maaş alan məktəblərin müəllimlərinə isə sentyabrda müəyyən edilən yeni dərs saatlarına görə əlavələr verilməyib.

BiG.AZ bildirir ki, bu haqda modern.az-a Suraxanı rayonundakı orta məktəblərdə çalışan müəllimlər məlumat veriblər.
Məsələ ilə bağlı sözügedən saytın sorğusunu cavablandıran Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib ki, bütün müəllimlərin maaşı verilib:

“2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi başa çatdıqdan sonra bütün ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqı onların bank hesablarına köçürülüb.
Eləcə də sentyabr ayı üzrə müəyyən edilən yeni dərs saatlarına görə əlavələr verilib”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: