Now Reading:
Azərbaycanda məktəb direktoru müəllimi döyüb
Full Article 30 second read

Azərbaycanda məktəb direktoru müəllimi döyüb



Gədəbəydə döyülmə faktı qeydə alınıb.

24saat.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çobankənd kəndində qeydə alınıb.

Kənd orta məktəbin direktoru Sahib Babayev mübahisə zəminində məktəbdə fizika müəllimi işləyən 1960-cı il təvəllüdlü Qəhrəman Əliyevi döyüb. Müxtəlif bədən xəsarətləri alan müəllim dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Xəsarət alan müəllimin qardaşının verdiyi məlumata görə, Q. Əliyev məktəb direktorundan uzun ildir çalışdığını üçün onun dərs saatını artırmağı xahiş edib. Lakin direktor onu çölə çıxararaq döyüb.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: