Azərbaycanda hər adam “taksovatlıq” edə bilməyəcək


Hazırda Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi minik avtomobillərinə nəzarət həyata keçirilir. Onlara xüsusi fərqlənmə nişanlarının verilməsi, xüsusi taksi dayanacaqlarının yaradılması, pasportlaşdırılması işlərinin görülməsi planlaşdırılır.

Bu barədə Milli.Az-ın rəsmi sorğusuna cavab olaraq BNA-nın İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsindən bildiriblər.

Ümumiyyətlə, taksilərlə bağlı Bakı Nəqliyyat Konsepsiyasında bir sıra tələblər müəyyənləşib. Bura taksi sürücüsünün davranışı, avtomobillərin texniki vəziyyəti, taksi dayanacaqları ilə bağlı bütün məsələlər daxildir. Əsas tələblər sırasında taksometrlərin quraşdırılması məsələsi dayanır:

“Taksometrlərin quraşdırılması sərnişinin getdiyi istiqamət üçün ödəyəcəyi məbləğdən təxmini məlumatlı olmasına və sürücülərin istədikləri məbləği tətbiq etməsinin qarşısını almağa xidmət edəcək”.

Digər bir önəmli tələb taksi xidməti göstərən avtomobillərin salonunda kameraların quraşdırılması ilə bağlıdır: “Bu isə vaxtaşırı sürücü ilə müştəri arasında yaranan mübahisələrin obyektiv həllinə imkan verəcək. Bu, eyni zamanda sürücünün təhlükəsizliyi baxımından da vacib məqamdır”.

Qeyd edilib ki, taksi fəaliyyəti ilə məşğul olan sürücülər fərqlənmə nişanlarının alınması üçün dövlət rüsumu ödəməlidirlər. Ödəniş edildikdən sonra sürücü Agentliyə yaxınlaşaraq fərqlənmə nişanını alır.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

“Statoil” Türkiyədə qaz ehtiyatları aşkarlayıb

%d bloqqer bunu bəyənir: