Azərbaycanda daha bir telekanalın yayımı dayandırıldı


İnteraz TV-nin fəaliyyətində problemlər yaranıb. Dünən günorta saatlarından etibarən televiziyanın yayımı dayandırılıb.

Azvision.az-ın məlumatına görə, İnteraz TV-nin əməkdaşları faktı təsdiq ediblər.

Bildirilib ki, TV-nin yayımı “Azərspace” peykində yaranmış problemlərlə əlaqədar müvəqqəti dayanıb:

“Bu sırf texniki məsələdir. Televiziya bağlanmayıb. Sadəcə peykdə problemlər olduğu üçün fasilə yaranıb. Həll olunduqdan sonra izləyicilər yenə bizə baxa biləcəklər. Hazırda Rusiya peykindən yayımımız davam edir. Eyni zamanda internet vasitəsi ilə də bizi izləyə bilərlər”.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

“İnanıram ki, ANS adlı tarix yenidən davam edəcək”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: