24 saat

Azərbaycanda dəhşətli görüntülər – At və eşşəklərin kütləvi qətliamı – VİDEO

Meşədə yüzlərlə at və eşşək leşi aşkarlandı.

ARB Şəki xəbər verir ki, Şəkidə at və eşşəklərin kütləvi qətliamı olub. Bu heyvanların eyni gündə, eyni saatda kəsilməsi sual altındadır. Ancaq heyvan cəmdəklərinin sayını nəzərə alsaq, bu kəlməni əminliklə işlədə bilərik – Qətliam.
Təqdim etdiyimiz görüntülər sizi dəhşətə salacaq. Görüntülərə diqqətlə baxsanız, 100-dən çox at və eşşək leşi atıldığını görə bilərsiniz. O leşlərin niyə orada olduğu maraqlıdır. Yəqin ki, aidiyyatı qurumlar tezliklə hərəkətə keçəcəklər. Bəlkə də bu ətlər bizim qazanlarımızda qaynayır.
Hərhalda at və eşşək ölkədə yükdaşımada istifadə olununan heyvan kimi qeydiyyata alınırsa, onda həmin heyvanları kəsmək üçün də ən yaxşı halda ikiayaqlı olasan. Özünü qəssab adlandıran həmin ikiayaqlıların kimliyi hələlik məlum deyil. Yəqin ki, qısa müddətdə tapılacaqlar.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: