Now Reading:
Azərbaycanda bu şəxslərin maaşları qaldırılacaq
Full Article 40 second read

Azərbaycanda bu şəxslərin maaşları qaldırılacaq



Azərbaycanın 26 şəhər və rayonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin əmək haqqı gələn il yanvarın 1-dən artımla hesablanacaq.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirilən mətbuat konfransında bildirib ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirildikdən sonra qiymətləndirmədən keçən bir müəllimin əmək haqqının nə qədər artacağını demək olmaz:

The video could not be loaded, either because the server or network failed or because the format is not supported.
“Çünki əmək haqqı hesablanarkən bir sıra kriteriyalar – müəllimin stajı, dərs yükü, ali təhsilinin, fəxri adının olub-olmaması və s. nəzərə alınır. Ümumilikdə, müəllimlərin maaşı 40 faiz artacaq. Müəllimlərin maaşı Nazirlər Kabinetinin qərarına uyğun hesablanır”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: