Advertisements
24 saat

Azərbaycanda beş xarici şirkətin filialı bağlanır


Azərbaycanda fəaliyyət göstərən 5 xarici şirkət filialının ləğv olunduğu bildirilir. Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Filiallardan biri “Distrilab” Məhdud Məsuliyyətli Yoldaşlığına məxsusdur. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 59, mənzil 63 ünvanına bildirə bilərlər.

Filialı ləğv olunan 2-ci şirkət “Buz Alen Hamilton İnc.”dir. Onun kreditorlarının tələblərinə 2 ay ərzində Bakı şəhəri, Nizami küçəsi,96 (“The Landmark-1” Biznes Mərkəzi, IV mərtəbə) ünvanında baxılacaq.

Azərbaycanı tərk edən 3-cü şirkət “Grundfos Pompa Sanayi ve Ticaret Ltd.” şirkətidir. Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi,96A ünvanında irəli sürə bilərlər.

Ləğv olunan daha bir filial “Niko İnternational Ltd.” şirkətinə məxsusdur. Şirkət kreditorların tələblərinə 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi,32/37 ünvanında baxacaq.

Sonuncu, “Makimsan Asfalt Taahhüt İnşaat Sanayi ve Ticaret Anonim” şirkəti də Azərbaycan filialını bağlayır. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 18, mənzil 21 ünvanına bildirə bilərlər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: