Azərbaycanda 43 mina aşkarlanıb


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) avqustun 3-də Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.

Agentlikdən verilən məlumata görə, Ağdam rayonu, Əfətli kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılıb.

 

Cəmi 3 əkin sahəsi, 3 partlayış yeri, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 8 000 kv.m ərazi təmizlənib.

 

Tərtər rayonu, Həsənqaya kəndində kənd yolunda 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 4 000 kv.m ərazi yoxlanılıb.

 

Cəmi kənd yolu, 4 partlayış yeri, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 4 000 kv.m ərazi yoxlanılıb.

 

Avqustun 3-də 3 əkin sahəsi, kənd yolu, 7 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 12 000 kv.m ərazi yoxlanılıb.

 

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 03 avqustda Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib.

 

3 469 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Jurnalistlə icra başçısı arasında “MTN qalmaqalı”

%d bloqqer bunu bəyənir: