Now Reading:
Azərbaycanda 22 yaşlı qız əməliyyatdan sonra öldü
Full Article 40 second read

Azərbaycanda 22 yaşlı qız əməliyyatdan sonra öldü



Bir neçə gün əvvəl Göygöl rayon Mərkəzi Xəstəxanasında appendisit əməliyyatı keçirən 22 yaşlı qız dünyasını dəyişib.

24saat.org-un Report-a istinadən məlumatına görə, Samux rayon Navağalı kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədova Turanə Xalıq qızının vəziyyəti evə buraxıldıqdan bir neçə gün sonra qəfil pisləşib və o, yaxınları tərəfindən ağır vəziyyətdə Gəncə şəhər 1 Saylı Abbas Səhhət adına Xəstəxanaya aparılıb.

Həkimlər tərəfindən appendektomiyadan sonrakı absez diaqnozu qoyulan xəstə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Cərrah həkim Səfər Əkbərov tərəfindən əməliyyat yarasında çirklənmə yaranmış xəstəyə dərhal tibbi yardım göstərilib, daha sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bütün səylərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: