Now Reading:
Azərbaycanda 15 yaşlı qız istədiyi oğlana görə özünü güllələdi
Full Article 40 second read

Azərbaycanda 15 yaşlı qız istədiyi oğlana görə özünü güllələdi



Astara rayonunda 15 yaşlı qız özünü güllələyib.

“Report” xəbər verir ki, hadisə rayonunun Şümrüd kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 2001-ci il təvəllüdlü Qızılgül Polad qızı Əliyeva özünə ov tüfəngi ilə atəş açıb.

Qarın nahiyəsindən güllə yarası alan Q.Əliyeva Astara Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Güclü qanaxma ilə ağır vəziyyətdə cərrahiyyə şöbəsinə yerləşdirilən yeniyetməni bir neçə saatlıq cərrahi əməliyyatdan sonra həyata qaytarmaq mümkün olub.

Həkimlər yaralının vəziyyətini hazırda keçirdiyi əməliyyata uyğun olaraq ağır stabil qiymətləndirirlər. Onun həyatı üçün hər an təhlükə yarana bilər.

İntiharın səbəblərinə gəlincə isə, kənd sakinlərinin dediyinə görə Qızılgül Əliyeva valideynləri onu istədiyi oğlana verməməsi səbəbindən intihara cəhd edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: