Now Reading:
Azərbaycanda ər müəllim işləyən xanımını niyə yandırdı?
Full Article 40 second read

Azərbaycanda ər müəllim işləyən xanımını niyə yandırdı?



Bu gün Ağdam rayonunda qadının yanıq xəsarətləri alması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. Əri tərəfindən yandırılan 56 yaşlı Kima Vəliyeva rayon xəstəxanasına yerləşdirilib və müalicə olunur.

Hadisənin səbəblərinə gəlincə, bildirilir ki, K.Vəliyeva və həyat yoldaşı arasında xeyli müddət imiş ki, narazılıq varmış. Həyat yoldaşı İsmayıl Vəliyev xanımından evi tərk etməsini tələb edirmiş. Qadın isə çıxıb getməyə yerinin olmadığını, ailəsinin dağılmasını istəmədiyini deyib. Bu gün növbəti dəfə eyni mövzuda mübahisə düşüb və xanımının getmədiyini görən İsmayıl onun dəftər-kitablarını yerə tökərək yandırmağa çalışıb. Kənd məktəbində müəllim işləyən qadın isə buna mane olmağa çalışıb və özünü yanan kitab-dəftərin üstünə atıb. Elə bu zaman 56 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

lent.az

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: