Now Reading:
Azərbaycan vətəndaşları Krıma yalnız bu şərtlə gedə bilərlər – Bəyanat
Full Article 1 minutes read

Azərbaycan vətəndaşları Krıma yalnız bu şərtlə gedə bilərlər – Bəyanat



Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər işğal olunmuş Krıma yalnız Ukrayna qanunvericiliyinə, beynəlxalq hüquq normalarına uyğun olaraq və BMT Baş Assambleyasının 27 mart 2014-cü il tarixli “Ukraynanın ərazi bütövlüyü” qətnaməsini nəzərə alaraq daxil olmaq hüququna sahibdirlər.

24saat.org Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən nəşr edilən Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Ukraynanın müvəqqəti işğal olunmuş bu ərazisinə giriş və çıxış yalnız səlahiyyətli orqanların xüsusi icazəsi ilə giriş-çıxış nəzarət məntəqələrində həyata keçirilə bilər.

Ukrayna XİN-dən bildirilib ki, işğal olunmuş Krım ərazisinə gedərkən Ukrayna qanunvericiliyin pozulması ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik hesab olunur.

“Bu baxımdan, Ukraynanın Azərbaycandakı səfirliyi bir daha Ukraynaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının diqqətinə çatdırır ki, ölkənin müvəqqəti işğal olunmuş ərazilərinə səfər qaydaları barədə Ukraynanın Bakıdakı diplomatik missiyasının veb saytında ətraflı məlumat yerləşdirilib.

Bundan əlavə, qeyd etmək istərdik ki, işğal altında olan ərazilərdə (Krım MR, eləcə də Donetsk və Luqansk vilayətlərinin bir hissəsində) Ukrayna mərkəzi orqanlarının sertifikatı və icazəsi olmadan kommersiya fəaliyyəti aparmaq qadağandır”, – səfirliyin bəyanatında deyilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: