24 saat

Azərbaycan vətəndaşını döyüb soyanların işi məhkəməyə göndərildi – UKRAYNADA


Ukraynanın Poltava Şəhər Prokurorluğu 55 yaşlı Azərbaycan vətəndaşına qarşı quldur hücumu etmiş 4 şəxsə dair ittiham aktını məhkəməyə göndərib.

Bu barədə Poltava vilayəti prokurorluğunun mətbuat xidmətinə istinadən UNN məlumat yayıb.

Məlumata görə, iki qadın azərbaycanlının kirayə qaldığı evə gəlib. Sonradan onlardan biri mənzili müvəqqəti olaraq tərk edib və geri iki kişi ilə qayıdıb. Çağırılmamış qonaqlardan biri zərərçəkmişi döydüyü zaman, hadisənin digər iştirakçıları mənzili axtarmaqla məşğul olub.

Mənzildən 100 ABŞ dolları, mobil telefon, dərman, geyim və zərərçəkmişin digər şəxsi əşyalarını götürən canilər, oranı tərk ediblər. Yekunda onlar hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Onların hamısı Ukrayna Cinayət Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsi üzrə, yəni qabaqcadan əlbir olaraq zorakılıq yolu ilə başqasının əmlakını mənimsəmək üçün hücum təşkil etməkdə ittiham olunurlar.(“Report”)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: