Advertisements
24 saat

Azərbaycan və Türkiyə Qarabağ münaqişəsini müzakirə etdi


Azərbaycan və Türkiyə xarici işlər nazirləri siyasi əməkdaşlıq, təhlükəsizlik məsələlərini müzakirə ediblər, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunublar.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Bakıda bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib: “Mən həmkarımı Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlarla bağlı məlumatlandırdım. Türkiyə regionun qabaqcıl və ATƏT-in Minsk qrupunun üzv ölkəsi kimi bu münaqişənin nizamlanması ətrafındakı hadisələr barədə məlumatlı olmalıdır”.

M.Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Nitsadakı terror aktını qətiyyətlə pislədiklərini deyib: “Biz terrorçuluqla və onun təzahürləri ilə mübarizədə daha qətiyyətli olmalıyıq”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: