Azərbaycan və Rusiya birgə əməliyyata başladı

 

Rusiya Daxili İşlər nazirliklərinin əməkdaşları iki ölkə sərhədində yerləşən rayonlarda birgə ənənəvi sərhəd-sipər əməliyyatlarına start verib.

Bu məqsədlə Qusar və Xaçmaz rayonları ərazisində xüsusi polis postları qurulub.
Tədbir noyabrın 27-dək davam edəcək.
Əməliyyatın keçirilməsində əsas məqsəd transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.(Report)

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

“Köçkünlərə verilən müavinət kəsilərsə…” – İcra başçısı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: