Now Reading:
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Fransada baş tuta bilər
Full Article 50 second read

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Fransada baş tuta bilər



Fransa Strateji Araşdırmalar Fondunun eksperti, politoloq Kayts Minasyan Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün Fransada keçirilə biləcəyini bildirib. Bu barədə Ermənistanın “Jamanak” qəzeti məlumat yayıb.

Minasyan qeyd edib: “Görüşə qədər bəzi məsələləri dəqiqləşdirmək lazımdır. Məsələn, görüşün təşkilatçısı kim olacaq: Fransa xarici işlər naziri Jan-Mark Eyro, dövlət katibi Harlem Desir və ya prezident Fransua Olland”.

O, həmçinin əlavə edib ki, bu görüşdə digər həmsədr ölkələrin xarici işlər nazirlərinin də iştirak edib-etməyəcəyi məlum deyil.

“Əgər biz Vyanada başlayan görüşü davam etdirmək istəyiriksə, onda onların potensial görüşdə iştirakı vacibdir”.

Xatırladaq ki, mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak ediblər. (azvision)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: