Advertisements
24 saat

Azərbaycan üçün Olimpiada start götürdü


Bu gün Rio Olimpiadasına rəsmən start verilib.

Qaynarinfo.Az xəbər verir ki, yarışa 56 atletlə yollanan Azərbaycan yığmasının heyətində ilk gündə mübarizəyə 1 idmançı qoşulub.

Bu, kamandan oxatanımız Olqa Senyukdur. Milliləşdirilmiş 25 yaşlı idmançı B qrupunda hədəf önünə keçib. O, 623 xal toplayaraq 37-ci yerdə qərarlaşıb.

Sıralama baxımından əhəmiyyət kəsb edən yarışda atletlər topladıqları xala uyğun avqustun 8-də baş tutacaq 1/32 final üçün yerlərini müəyyənləşdiriblər. Bu yarışın mükafatçıları isə avqustun 11-də bilinəcək.

Qeyd edək ki, olimpiadanın rəsmi açılış mərasimi Bakı vaxtı ilə avqustun 6-sı saat 03:00-da start götürəcək. Açılış mərasimi İTV vasitəsilə canlı yayımlanacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: