Azərbaycan şirkəti Gürcüstan-Ermənistan sərhədində pulsuz yol çəkir

Gürcüstanda yol çəkilməsinin yeni üsulunun sınağı keçirilir. 

24saat.org “Novosti-Qruziya” nəşrinə istinadən xəbər verir ki, Azərbaycanın “Aqete” şirkəti Gürcüstan-Ermənistan sərhədində Poniçala-Marneuli-Ququti yolunun 300 metrlik hissəsini sınaq üçün təmənnasız olaraq yeni üsulla çəkəcək.

Bildirilir ki, yeni metod artıq Azərbaycanda sınaqdan keçirilib. Yeni üsulla yolun çəkilməsinin kvadratmetri təxminən 5-6 dollara başa gəlir, bu da digər metodlarla müqayisədə iki dəfə azdır.

Sınaq bəyənilərsə yolun çəkilişi “Aqete” şirkətinə veriləcək.

Loading...

“ABŞ-ın yaradacağı yeni anti-İran alyansında Türkiyə də yer alacaq”

Sonrakı Yazı »

İranın müdafiə naziri Rusiyadan narazılıq edib

%d bloqqer bunu bəyənir: