Advertisements
24 saat

Azərbaycan sərhədyanı bölgədə hasar tikəcək


Azərbaycan hökuməti yerli əhalini erməni atəşindən qorumaq məqsədilə Tərtər rayonunun bir sıra kəndlərində daş-beton hasarlar tikməyi planlaşdırır.

24saat.org “İnterfaks”a istinadən bildirir ki, bununla əlaqədar Azərbaycan Ərazilərin Bərpası və Yenidən qurulması Agentliyi hasarı tikəcək podratçı şirkəti müəyyənləşdirmək üçün təkliflərin qiymətləndirilməsini aparır.

Hasarlar cəbhə xəttindən 3 kilometr aralıda yerləşən Qaradağlı və Qapanlı kəndlərində tikiləcək. Tikinti işləri Azərbaycanın dövlət büdcəsinin vəsaiti hesabına aparılacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: