Advertisements
24 saat

Azərbaycan səfirliyinin əməkdaşı döyülüb

olay1Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri, səfirliyin konsul şöbəsinin müdiri Emil Məhərrəmov aprelin 16-a keçən gecə Moskvada taksi ilə evə gedərkən sürücü tərəfindən amansızcasına döyülüb. Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, E.Məhərrəmov təcili tibbi yardım maşını ilə şəhər xəstəxanalarının birinə çatdırılıb, orada ona təxirəsalınmaz tibbi yardım göstərilib.
Bu məişət insidenti ilə əlaqədar səfirlik hadisənin səbəblərinin aydınlaşdırılması üzrə təcili tədbirlər görür.
Zərərçəkmiş ərizə ilə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edib.
Hadisənin detalları dəqiqləşdiriləndən sonra səfirliyin mətbuat xidməti əlavə məlumat verəcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: