Advertisements
24 saat

Azərbaycan prezidenti Sosialist İnternasionalının baş katibini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev aprelin 28-də Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib.
Sosialist İnternasionalının baş katibi Luis Ayala rəhbərlik etdiyi təşkilatın Qara dəniz hövzəsi, MDB məkanı və Cənubi Qafqaz Komitəsinin Bakıda keçirilməsi planlaşdırılan iclasına hazırlıq işləri ilə tanış olmaq üçün ölkəmizə səfər etdiyini vurğulayıb. Luis Ayala Sosialist İnternasionalının son vaxtlar həyata keçirdiyi işlərdən danışıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılıb, Sosialist İnternasionalı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri, o cümlədən beynəlxalq əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.


Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: