Now Reading:
Azərbaycan ordusu irimiqyaslı hərbi təlimlərə hazırlaşır
Full Article 30 second read

Azərbaycan ordusu irimiqyaslı hərbi təlimlərə hazırlaşır



Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, nazirliyin Baş İdarə və İdarə rəisləri, Silahlı Qüvvələrin qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə geniş tərkibdə xidməti müşavirə keçirilib.

Müşavirədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən qoşunların döyüşə hazırlıq səviyyəsinin və idarəetmə orqanlarının fəaliyyətinin hərtərəfli yoxlanılması, döyüş və qarşılıqlı uzlaşmanı təmin edən müxtəlif səviyyəli, o cümlədən hərbi texnikanın və bütün qoşun növlərinin tətbiqi ilə operativ-taktiki təlimlərin keçirilməsinə hazırlıq və qarşıda duran digər tapşırıqlar müzakirə olunub. (MN-in mətbuat xidməti)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: